Biləsuvar sakini iş yoldaşını qətlə YETİRDİ

  • By admin
  • 12 İyun 2021 11:59

Biləsuvar rayonunda qətl hadisəsi törədilib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini, iş yoldaşları olan 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu və rayonun Ağayrı kənd sakini, 2004-ci il təvəllüdlü Abıyev Sadiq Namiq oğlu arasında münaqişə baş verib. Nəticədə sonuncu bıçaqla qətlə yetirilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb.