Biləsuvar sakinləri narkotik satarkən yaxalanıb

  • Müəllif: admin
  • 17 May 2017 10:57

dollar-narkotik-300x224

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar şəhər sakini Pərviz Babayev 3,334 qram tiryəki və 7,33 qram marixuananı satarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Ətrafında aparılan tədbirlərlə narkotik vasitəni ona satan həmyerlisi Hümbət Abıyev müəyyən edilərək tutulub və ondan 2,751 qram tiryək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq H.Abıyevə narkotik vasitəni satan həmyerlisi Şakir Vahablı da müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı 421,93 qram marixuana aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info