Bill Qeyts koronavirusla mübarizəyə vəsait ayırdı

  • By admin
  • 05 Fevral 2020 21:45

“Microsoft” şirkətinin sahibi Bill Qeyts və həyat yoldaşı Melindaya məxsus “Bill & Melinda Gates Foundation” xeyriyyə fondu koronavirusa qarşı mübarizə tədbirləri üçün tezliklə 100 milyon ABŞ dolları ayıracaq.

Gununsesi.org fondun saytına istinadən xəbər verir ki, məbləğin 20 milyonu koronavirusa yoluxanları daha tez müəyyənləşdirməyə və onların müalicəsinə sərf olunacaq.

Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-dakı xəstəliklərə nəzarət və profilaktika mərkəzləri kimi aidiyyəti qurumlara, Çinin və təsdiqlənmiş yoluxma hallarının qeydə alındığı başqa ölkələrin səhiyyə idarələrinə də vəsait göndəriləcəyi bildirilir.

 

Gununsesi.org