Bill Qeytsdən ŞOK PROQNOZ: yaxın 20 ildə...

  • By admin
  • 29 May 2022 12:25

“Yaxın 20 ildə yeni pandemiya riski 50 faizdir”.

Gununsesi.info xəbər verir ki, bunu “Microsoft” şirkətinin qurucusu Bill Qeyts İspaniyanın “El Diario” qəzetinə müsahibəsində deyib.

Yaxın 20 ildə bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi riskini qiymətləndirən milyarder qeyd edib ki, yeni pandemiya bəşəriyyətə məlum olan bir virusdan qaynaqlana bilər:

“Bu, qripin növlərindən biri, yaxud digər növ koronavirus ola bilər. Bu da bizə daha tez müalicəni təşkil etməyə və vaksin əldə etməyə nail olmağımıza imkan yarada bilər. Ancaq bu, insanların, bioterrorçularınn yaradacağı və yayacağı virus da ola bilər. Bu isə çox qorxulu ssenaridir”, – Bill Qeyts vurğulayıb.

Gununsesi.info