Binəli Yıldırım almaniyalı nazirlə görüşdən imtina etdi

  • Müəllif: admin
  • 05 İyun 2017 16:02

bineli-ildirim

Türkiyənin Baş naziri Binəli Yıldırım Almaniyanın xarici işlər naziri Ziqmar Qabriellə görüşü ləğv edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, buna səbəb kimi Baş nazirin çox sıx iş qrafiki göstərilib.

Z.Qabriel hazırda Türkiyədə səfərdədir. Bundan əvvəl o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Gununsesi.info