Binəqədidə ev yanıb

  • Müəllif: admin
  • 13 Yanvar 2018 17:20

Bakının Binəqədi rayonunda yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və 2 otağın tavanı 58 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info