Güclü qar fəlakətə səbəb oldu - ÖLƏNLƏR VAR

  • Müəllif: admin
  • 13 Yanvar 2018 17:35

Yaponiyanın qərbinə yağan güclü qar 2 nəfərin ölümünə səbəb olub, 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Gununsesi.info xəbər verir ki, ən acınacaqlı vəziyyət Hönsü adasındakı Fukui və İsikava prefekturalarında yaranıb. İsikavada 11 nəfər xəsarət alıb.

Hazırda ölkənin bir sıra rayonlarında qarın hündürlüyü 80 santimetrə çatıb. Nəqliyyatın hərəkəti iflic olub.

Gununsesi.info