Daşqınlar 18 nəfərin həyatına son qoydu

  • Müəllif: admin
  • 13 Yanvar 2018 17:45

ABŞ-ın Kaliforniya ştatının cənubunda sürüşmə və daşqın qurbanlarının sayı 18 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Santa-Barbara dairəsinin şerifi Bill Braunun yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, təbii fəlakət nəticəsində daha 30 nəfər xəsarət alıb.

Rəsmilərin hesablamalarına görə, 60-a yaxın ev dağılıb, 450-yə yaxın tikiliyə ziyan dəyib. Bazar ertəsi günündən başlayaraq ştatın bir neçə bölgəsində sakinlər təxliyyə edilib. Onlardan bəziləri evlərini tərk etməkdən imtina edib.

Gununsesi.info