Türkiyə ordusu PKK qüvvələrinə zərbə endirdi

  • Müəllif: admin
  • 13 Yanvar 2018 18:00

Bu gün Türkiyə ordusu Suriyada PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin nəzarətində olan Afrin vilayətində terror təşkilatının mövqelərinə artilleriya zərbələri endirib.

Gununsesi.info-nun “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsində yerləşən Oğulpınar sərhəd-keçid məntəqəsi yaxınlığından fasilələrlə Afrindəki PYD-YPG mövqelərinə artilleriya zərbələri endirilib.

Günortadan sonra başlayan top atışları Reyhanlı qəsəbəsində də eşidilib.

Gununsesi.info