Binəqədidə qəza baş verib

  • By admin
  • 19 İyul 2016 13:23

qeza

 

 

Binəqədi rayonunda yol qəzası baş verib. Gununsesi.info xəbər verir ki,  hadisə Ziya Bünaydov prospektində qeydə alınıb. Prospektlə 20 yanvar metrosu istiqamətində hərəkətdə olan VAZ 21015 markalı avtomobilin sürücüsü anidən idarə etməni itirib. Yol kənarındakı bardürə çırpılan avtomobil dayanıb. Bu zaman öz yolu ilə hərəkətdə edən Nissan Sunny markalı avtomobil VAZ 21015 – ə çırpılıb. Zərbənin təsirindən Nissan sərnişininin başı ön şüşəyə zərbə ilə dəyib. Xoşbəxtlik xəsarət almayıb. Qəza zamanı VAZ 21015 yarasız hala düşüb. VAZ 21015 – in sürücüsü polisə ifadəsindən qəzanın onun günahından baş verməsini etiraf edib. Faktla əlaqədar araşdırmalar aparılır.

 

Gununsesi.info