Bina uçdu: 10 nəfər həlak oldu

  • By admin
  • 22 Yanvar 2023 13:20

Suriyanın şimal-qərbində yerləşən Hələb şəhərində yaşayış binası uçub.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, beşmərtəbəli binanın uçması nəticəsində biri uşaq olmaqla, 10 nəfər həyatını itirib.

Hazırda hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə, əsas səbəbin binanın bünövrəsinin aşınması olduğu bildirilir.

Gununsesi.info