“Bioparoks” dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib

  • By admin
  • 25 İyul 2016 17:53

bioparoks-1-600x330

 

Səhiyyə Nazirliyi “Bioparoks” dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib. Gununsesi.info  APA-ya istinadən xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın “EGİS Pharmaceutical PLC” şirkətinin istehsalı olan “Bioparox” adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyaların aşkar olunması səbəbi ilə dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.

Gununsesi.info