
2012-ci ildə Bakıda keçirilən “Eurovision”da Türkiyəni təmsil edən müğənni Can Bonomo radio verilişlərindən birinin qonağı olub.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, son albomunu çıxarmağa hazırlaşan ifaçı “Eurovison” haqda da danışıb. O, “Bir daha yarışmaya qatılmaq təklifi gələrsə, qəbul edərsinizmi” sualına belə cavab verib:
“Bir dəfə iştirak etdim. Bir faydası olmadı. Amma heç vaxt yenidən müsabiqəyə qatılmağı düşünmədim. Təklif gələrsə belə, qəbul etmərəm”.
Gununsesi.info












