Bir gecədə iki qanlı hadisə

  • By admin
  • 14 Sentyabr 2016 12:05

sabuncu

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, ötən gecə 31 yaşlı Rəhimov Rəşad Fərhad oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Dərhal əməliyyat olunan yaralının  həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə 14-cü polis bölməsinə məlumat verilib. Polis əməkdaşları hadisə baş verən ünvanda olublar. Müayinələr aparılıb. Yaralının dindirmək mümkün olmayıb. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla əlaqədar Sabunçu rayon polis İdarəsində cinayəşt işi başlanıb.Araşdırmalar aparılır.

Digər qanlı hadisə isə Abşeron rayonunda qeydə alınıb. Mehdiabad qəsəbəsində yaşayan 33 yaşlı Fidatəy Əhmədov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırlıb. Qarın nahiyyəsindən bıçaqlanan yaralıya tibbi yardım göstərilib. Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Dindirmələr zamanı Fidatəy Əhmədov özü-özünü bıçaqladığını bildirib. Onun ifadəsinin düzgünlüyü aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla əlaqadar başlanılan araşdırmalar davam edir.

abseron

Gununsesi.info