Bu müəssisələr satışa çıxarıldı - ÖZƏLLƏŞDİRMƏ

  • By admin
  • 14 Sentyabr 2016 12:00
muessise
Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 11-də 60 dövlət obyektini hərracda satışa çıxaracaq. Gununsesi.info xəbər verir ki, onlardan 30-u səhmdar cəmiyyət, 27-si qeyri-yaşayış sahəsi, 7-si isə kiçik müəssisə və obyektlərdir.
Hərraclar tək Bakıda deyil, digər şəhər və rayonlardakı yerli hərrac komissiyalarında keçiriləcək. Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Hərraclar aşağdakı ünvanlarda baş tutacaq:

Sumqayıt şəhəri üzrə:
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə:
ünvan: Gəncə şəhəri, Heydər Əliyev adına meydan (Gəncə şəhər İcra Hakimiyyətinin binası) əlaqə telefonu: (kod 022) 256-13-76

Mingəçevir şəhəri üzrə:
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00

Şəmkir şəhəri üzrə:
ünvan: Şəmkir şəhəri, S.Vurğun küçəsi, 162 əlaqə telefonu: (kod 02230) 5-33-71

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və ƏMDK-nın Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

Oktyabrın 11-də hərraca çıxarılacaq kiçik müəssisə və obyektlərin tam siyahısı iləburadan tanış ola bilərsiniz.

Gununsesi.info