Bir gecədə məşhurlaşan aparıcı kimdir?

  • By admin
  • 18 İyul 2016 11:07

APARICIDIR

 

İyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd gecəsinin qəhrəmanlarından biri də qiyamçıların əsiri olan TRT-nin aparıcısı Tijen Karaş idi.

Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumatına görə, o, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə oxuyaraq insanların diqqətini çəkib. Həyəcanı səsindən və simasından bəlli olsa da, T.Karaş işini peşəkar səviyyədə görüb. O, daha sonra həmin anlar haqda belə deyib:

“Qorxunc dəqiqələr yaşadıq. Karyeramın ən çətin dəqiqələrini yaşadım. Hər hərəkətimiz izlənilirdi. Bizi əsir tutanlar bu hərəkəti ölkənin mənfəəti üçün etdiklərini, heç kimə zərər verməyəcəklərini söyləyirdilər. Silahları ilə bizi təhdid etdilər”.

T.Karaş 1975-ci ildə Ankarada anadan olub. Üç uşaqlı ailənin ortancıl qızı olan spiker bir müddət Kanal D-də də aparıcı kimi görünüb. Uzun illərdir TRT-də işləyən T.Karaş 2000-ci ildə TRT-də “Yaşam ve Gençlik” adlı proqrama aparıcılıq edib, TRT Avrasya, TRT Int və TRT Türk-də müxtəlif verilişlərlə ekrana çıxıb.

 

ok1

 

ok2

 

ok3

 

ok4

 

 

ok5

Gununsesi.info