Bir nəfərə düşən ünvanlı sosial yardımın məbləği cəmi 36 manatdır

  • By admin
  • 18 Avqust 2017 15:58

unvanli sosial yardim

2017-ci il iyul ayının 1-i üçün ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 500 min nəfərə çatıb.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən bildirir.

Məlumata görə, respublika üzrə bir nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği 36 manatdır.

Ölkənin iqtisadi rayonları üzrə ünvanlı dövlət sosial yardım alan aztəminatlı şəxslərin sayı aşağıdakı kimidir:

Bakı şəhəri üzrə  74 min nəfər

Abşeron iqtisadi rayonu 26.7 min nəfər

Gəncə-Qazax iqtisadi rayonu 76.2 min nəfər

Şəki-Zaqatala iqtisadi rayonu 34.4min nəfər

Lənkəran iqtisadi rayonu 75.2 min nəfər

Quba-Xaçmaz iqtisadi rayonu 39 min nəfər

Aran iqtisadi rayonu 127.2 min nəfər

Yuxarı Qarabağ iqtisadi rayonu 16.6 min nəfər

Kəlbəcər-Laçın iqtisadi rayonu 3 min nəfər

Dağlıq Şirvan iqtisadi rayonu 20.3 min nəfər

Naxçıvan Muxtar Respublikası  5,5 min nəfər

Vüsalə

Gununsesi.info