Cennifer Lopez cəlbedici və gözəl qalmağın sirlərini açıb

  • By admin
  • 18 Avqust 2017 15:52

10

Gözəl bədəniylə diqqət çəkən məşhur müğənni və aktrisa Cennifer Lopez, sosial şəbəkə hesabından uzun müddət cəlbedici və gözəlqalmağın sirlərini açıqlayıb.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, əslən Porto Riko-dan olan 48 yaşlı amerikalı pop-ulduz C.Lopez yaşının az olmamasına baxmayaraq cəzibədarlığını itirmir.

Belə ki, hər zaman səhnədə nümaiş etdirdiyi seksual rəqsləri ilə tamaşaçıların diqqətini özünə çəkən pop-ulduz bu dəfə gündəlik olaraq gördüyu işləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Cennifer Lopez qeyd edib ki, formada qalmaq üçün idman etmək lazımdır: “Gözəl bədən sahib olmaq əziyyət tələb edir. Eləcə də sağlam qidalanmağa çalışıram”.

Anar

Gununsesi.info