Bir nəfər ağır xəsarət aldı - TOVUZDA

  • By admin
  • 06 Avqust 2017 22:27

ambulani

Tovuz sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgərov Vüqar üz-çənə nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.  V.Əsgərovun hansı şəraitdə xəsarət aldığı hələ ki, məlum deyil. Onun  öz-özünə xəsarət yetirdiyi ehtimal olunur.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info