“Bavariya” Almaniya superkubokunun qalibi oldu

  • By admin
  • 06 Avqust 2017 22:18

bavariyaaa

Almaniyada mövsümün ilk kubokunu “Bayern Münxen” komandası qazanıb.

Gununsesi.info verir ki, Almaniya kubokunun sahibi “Borussiya Dortmund”la qarşılaşan Bundesliqa çempionu superkubokun qalibi olub.

Gərgin keçən matç 2-2 hesablı bərabərliklə yekunlaşıb. Dortmundluların heyətində Kristian Pulisiç (11) və Pierre-Emerik Aubameyanq (71) fərqlənib. Münxen təmsilçisinin qollarını isə Robert Levandovski (18) və Lukas Pisçek (88, avtoqol) vurublar. Artırılan əlavə dəqiqələrdə də tərəflərin səyinə baxmayaraq tablodakı rəqəmlər dəyişməyib. Qarşılaşmanın taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan “Bavariya” 5-4 hesabı ilə qalib gəlib.

Gununsesi.info