Bir nəfər dənizdə batdı

  • By admin
  • 24 Oktyabr 2017 22:02

axar.az1395210863xezer_denizi_001

Gununsesi.info xəbər verir ki, Xəzərdə 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə batdığı ehtimal olunur.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlar aparıblar. Axtarışlar nəticə verməyib.

Nazirlik qeyd edir ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Gununsesi.info