Təhlükəli olay - STÜARDESSA TƏYYARƏDƏN YIXILDI

  • By admin
  • 24 Oktyabr 2017 22:09

teyyare

Çində “China Eastern” aviaşirkətinin stüardessası təyyarənin qapısını bağlamağa çalışarkən yerə yıxılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə Şençjen şəhərinin hava limanında baş verib.

Yerə yıxılan qadını təyyarəni uçuşa hazırlayan işçilər görüb.

Qeyd olunur ki, stüardessa 3 metr hündürlükdən yerə yıxılıb.

Gununsesi.info