Bir qrup idman mütəxəssisi təltif edildi

  • By admin
  • 03 Oktyabr 2022 14:31

Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxs təltif edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Həsənov Tərlan Əliheydər oğlu

Rəcəbli Əhməddin İzət oğlu

“Tərəqqi” medalı ilə

Kələntərov Ceyhun Musa oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Məmmədli Elnur Çingiz oğlu

Qarayeva Sevda Qiyas qızı.

Gununsesi.info