
ARB TV-nin “Səhər-səhər” verilişinin qonağı olan əməkdar artist Baloğlan Əşrəfov maraqlı açıqlamalar verib.
Gununsesi.info xəbər verir ki, o, əsəbləşib ağlamasından söz açıb:
“Mən uşaq olanda həmişə toyxanalarımızda saz olardı. Daha sonra onu müşayiət edən balaban və aşıq çalardı. Günlərin bir günü gəlin gətirmək üçün 3 alət – klarnet, qarmon və nağara gəldi.
Bunların üçünün də bir-birinə icazə vermədiyini görüb hirsimdən bayıra çıxıb ağladım. Biri digərinin bəhsinə girib səsini ucaldır. Bu cür olanda isə aləm qarışır. Ansambl olsa, belə olmaz”.
Gununsesi.info












