Birinci xanım Ərəbistana bu geyimdə getdi – fotolar

  • By admin
  • 20 May 2017 15:47

120897_4in7tlfs35

 

ABŞ prezidenti Donald Tramp ilk xarici səfərinə çıxıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ilk olaraq Səudiyyə Ərəbistanına gedən prezident buradan İran və Suriya xaric digər müsəlman ölkələrdən lider və təmsilçilərə səslənəcək. Ağ Evə yaxın mənbələr bildiri ki, Tramp Orta Şərq üçün NATO tipli bir təşkilat yaradılmasının tərəfdadırdır.

Səfərdə diqqət çəkən məqamlardan biri Ağ Ev heyətinin çox hissəsinin prezidentlə yanaşı olmasıdır. Trampın xanımı Melaniya, qızı İvanka və kürəkəni Jared Kaşner də səfərə qatılıblar. Hər zaman dəbli, nisbətən qısa və açıq libaslara üstünlük verən Melaniya Ərəbistana qapalı geyimdə gedib.

İvankanın yəhudi əri J.Kuşner isə səfər ziyarəti üçün dini xadimdən icazə alıb. Belə ki, yəhuidilikdə həyati bir məsələ deyilsə, Şabat günü (cümə günəşinin batmasından sonra başlayan gün) səfər etmək qadağandır.

showpic_el100

showpic_el100 (1)

 

Gununsesi.info