Birinci xanım xəstə rejissora sahib çıxdı

  • By admin
  • 12 Sentyabr 2016 14:48
97667
Heydər Əliyev Fondu xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış rejissor Şahin Zəkizadənin ilkin müalicəsinə yardım göstərəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Moderator.az-aTibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər.
Klinikadan deyilib ki, leykozun kəskin forması diaqnozu qoyulan Ş.Zəkizadəyə sentyabrın 10-dan ilkin müalicə kursu təyin olunub. Bu müalicə kursundan sonra təkrar müayinələr aparılacaq. İlkin müalicə mərhələsinə Heydər Əliyev Fondu dəstək göstərəcək.
Məlumatı Heydər Əliyev Fondu təsdiq edib.
Gununsesi.info