“Mahmudoçu”lar MTN-nin balansında olan mənzilləri də satıb

  • By admin
  • 12 Sentyabr 2016 14:54

eldart

Həmin mənzillər gizli görüş yeri üçün nəzərdə tutulubmuş.

Gununsesi.info xəbər verir ki, ləğv edilən MTN-nin sabiq generalları ilə bağlı Moderator.az-a ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, sabiq generallar uzun illərdir ki, MTN-nin balansında olan və əsasən gizli görüş yerləri kimi nəzərdə tutulan mənzillərin də bir neçəsini satıb. Həmin mənzilləri qanunsuz olaraq MTN-nin balansından çıxardan və daha sonra onları müxtəlif şəxslərə satan generallar, bununla sadəcə qanunsuz gəlir əldə etməyib, həm də gizli görüş yerləri ilə bağlı qanunun tələbini kobud şəkildə pozublar.

Belə ki, mövcud qaydaya görə, gizli görüş yerlərinin şəxsi maraqlar naminə satılması yolveriləzdir və bu cür mənzillər de-şifrə olunmaq təhlükəsi qarşısında qalanda başqa mənzillərlə dəyişdirilə bilər. Ancaq sözügedən mənzillərin bir qisminin  satılması göstərir ki, sabiq MTN generalları digər mühüm məsələlərdə olduğu kimi bu məsələdə də qanunun tələbinə riayyət etməyə lüzum görməyiblər.

Gununsesi.info