«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna verdiyi müsahibədə bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Çeçenistanda terrorçuları dəstəkləyib. Prezident qeyd edib ki, Moskvanın əlində bu dəstəyi təsdiqləyən sübutlar var.
«Siyasi və informasiya dəstəyi hər kəs üçün aydın idi, nədən ki, bu, açıq şəkildə edilirdi. Operativ və maliyyə dəstəyinə gəlincə, biz «bunları təsdiqləyən sübutları amerikalı həmkarlarımıza təqdim etmişik» – Putin deyib.
Onun sözlərinə görə, ABŞ-ın ovaxtkı prezidenti Corc Buş «düzgün reaksiya verib» və məsələni aydınlaşdıracağını vəd edib. Ancaq sonradan, Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) bir məktub gəlib. Məktubda göstərilirdi ki, Vaşinqton müxalifətin bütün nümayəndələri ilə münasibətləri dəstəkləmək hüququna malikdir.
Gununsesi.info













