“Biz Dənizə yeni transfer gözü ilə baxırıq…” - ALİ AY MİLLİMİZİN OYUNÇUSU HAQDA

  • Müəllif: admin
  • 04 Avqust 2017 21:55

dəniz yilmaz

“Bursaspor”un prezidenti Ali Ay Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz haqda fikirlərini bildirib.

Gununsesi.info-nun Apasport.az-a istinadən məlumatına görə, klub rəhbəri təcrübəli hücumçunun ünvanına təriflər yağdırıb.

O, əfv edilərək əsas komandaya cəlb edilən Dənizdən yeni baş məşqçi Pol Le Quenin ağızdolusu danışdığını vurğulayıb. Prezident millimizin üzvünə yeni transfer gözü ilə baxdıqlarını vurğulayıb: “Baş məşqçimiz Dənizdən çox razıdı. Həm o, həm də biz Dənizə yeni transfer gözü ilə baxırıq”.

Qeyd edək ki, “Bursaspor”un “Keçiörengücü” üzərində 4:0 hesabı ilə qalib gəldiyi yoxlama görüşündə Dəniz Yılmaz 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Gununsesi.info