Blinkendən QORXULU AÇIQLAMA: Ukrayna yox ola bilər, əgər Rusiyaya...

  • By admin
  • 20 May 2022 09:13

“Ukrayna Rusiyaya qarşı müqavimət göstərməsə, yox ola bilər”.

Gununsesi.info xarici NV-ya istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

“Rusiya sabah döyüşü dayandırsa, müharibə bitəcək. Əgər Ukrayna döyüşü dayandırsa, daha bu dövlət qalmayacaq”, – Blinken qeyd edib.

Bundan əvvəl ABŞ dövlət katibi bildirib ki, Ukrayna ərazisindən ərzaq ixracı üçün dəhlizlərin yaradılmasını Rusiyadan axtarmaq lazımdır.

Onun sözlərinə görə, müharibə və onun qlobal iqtisadiyyat üçün fəsadları fonunda dünya dövlətləri Rusiyanı Ukraynadan quru və ya dəniz yolu ilə mühüm yüklərin daşınması üçün dəhlizlər yaratmağa sövq etmək üçün birlikdə çalışmalıdırlar.

Gununsesi.info