Blinkenin məktubunda Türkiyə detalı – “İcazə istəyəcəyik”

  • By admin
  • 07 Mart 2021 19:24

Əfqanıstandakı sülh danışıqlarının heç bir nəticəsi olmadığından ABŞ dövlət katibi Entoni Blinkenin rəsmi Kabilə göndərdiyi sülh prosesinin son qiymətləndirmələrini özündə cəmləşdirən məktubunda Türkiyə detalı diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, sözügedən məktub Kabil hökuməti ilə əlaqəli “TOLO News” tərəfindən açıqlanıb.

İki səhifəlik məktubda ABŞ-ın Əfqanıstandakı sülh prosesi ilə bağlı atacağı bəzi addımlar yer alıb. Bu addımlar arasında regional gücləri əhatə edən bəzi danışıqlar, diplomatik təmasların artırılması və 90 günlük atəşkəs də var.

Məktubda atılacaq addımların əks edildiyi üçüncü maddədə Türkiyədə bir toplantının keçirilməsi də yer alır. Blinken Məhəmməd Əşrəf Qaninin Türkiyədə toplantı keçirmək üçün rəsmi Ankaradan bununla bağlı icazə alacaqlarını qeyd edib.

Məktubun müvafiq hissəsinə bunlar daxildir:

“Türkiyə hökumətindən önümüzdəki həftələrdə sülh müqaviləsini reallaşdırmaq üçün iki tərəfdən yüksək səviyyədə bir görüşə ev sahibliyi etməsini istəyəcəyik. Bu görüşdə sizin (yaxud etibarlı vəkilinizin) İslam ölkələrinin digər nümayəndələrinə qoşulmağınızı istərdim”.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Əfqanıstan sülh prosesini dəstəklədiyini və bu cür danışıqları həyata keçirmək üçün qarşılıqlı addım atmağa hazır olduqlarını vurğulayıb.

Gununsesi.info