Blogerdən taksi sürücüsünə jest

  • By admin
  • 02 Avqust 2022 10:29

Bloger Hüseyn Həsənov növbəti dəfə onu mənzilbaşına pulsuz aparan taksi sürücüsünə jest edib.

Gununsesi.info xəbər verir ki, hadisə Bakıda baş verib.

Belə ki, Hüseyn dostu ilə birgə şəhər taksilərindən birinə yaxınlaşıb, onları qaldıqları hotelə pulsuz apara bilib-bilməyəcəyini soruşub. O özünü turist kimi təqdim edib. Sürücü onları pulsuz aparmağa razılaşıb.

Söhbət əsnasında məlum olub ki, marşrutun qiyməti 5-6 manat civarındadır. Bloqer bunun qarşılığında sürücüyə 500 manat pul verib.

Xatırladaq ki, bloqer ötən il Moskvada onu mənzilbaşına pulsuz aparmağa razılaşan taksi sürücüsünə avtomobil hədiyyə etmişdi.

Gununsesi.info