BMT: “İraqda 870 nəfər ölüb”

  • By admin
  • 02 İyun 2016 10:47

Iraq Explosion

İraqda may ayı ərzində silahlı terror hücumları nəticəsində 870 nəfər ölüb, 1450 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki,  bu barədə BMT-nin İraqa yardım missiyasının hazırladığı hesabatında qeyd edilir.

Xəbərə görə,  həyatını itirənlərdən 468 nəfəri mülki vətəndaşdır. Bununla belə, hazırda ağır döyüşlərin  davam etdiyi Ənbar əyaləti üzrə məlumatlar hesabata daxil olunmayıb.

Qeyd edək ki, İraq ərazisinin təxminən üçdə bir hissəsi İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

 Gununsesi.info