BMT Komissiyası Ukraynada soyqırım sübutu tapmayıb

BMT-nin Beynəlxalq Komissiyası, Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyini müəyyən edib, lakin onun hərəkətlərini “soyqırım” kimi qiymətləndirməyib. Hesabatda mülki şəxslərin öldürülməsi, işgəncə və zorlanmasından nümunələr verilib.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Tədqiqat müəllifləri bildiriblər ki, onları törədənlərin soyqırım niyyəti ilə motivasiyasına dair birbaşa sübut yoxdur. Erik Mese, BMT-nin təhqiqat qrupunun rəhbəri: “Ukrayna ərazisində soyqırımın baş verdiyini aşkar etmədik. Eyni zamanda, biz təbii ki, bu sahədə bütün növ dəlillərə nəzarət edirik. Və qeyd etdik ki, bu cinayətlə bağlı suallar doğura biləcək bəzi məqamlar var. Məsələn, Rusiya mətbuatında müəyyən qruplara qarşı yönəlmiş bəzi bəyanatlar”.

Rusiya hakimiyyətinin Ukraynadan uşaqları qanunsuz köçürməsinə gəlincə, komissiyanın ekspertlərinin fikrincə, bu, “müharibə cinayətidir”. Jasminka Dzumxur, BMT-nin Ukrayna üzrə təhqiqat komissarı: “Komissiya Ukrayna və Rusiya Federasiyası arasında uşaqların məcburi köçürülməsi və deportasiyası ilə bağlı vəziyyəti öyrənib. Tərəflərin təqdim etdiyi rəqəmlər çox fərqlidir. Belə köçürmələr və deportasiyalar baş verərkən bir neçə vəziyyət müəyyən edilib.”

 

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info