BMT-nin Qəzza sektorunda ölən əməkdaşlarının sayı 60-ı ötüb

  • By ilhame
  • 30 Oktyabr 2023 22:00

Fələstin-İsrail münaqişəsinin şiddətləndiyi vaxtdan bəri BMT-nin bölgədəki 63 əməkdaşı ölüb.

Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkilatı üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) bəyanatında deyilir.

Agentliyin məlumatına görə, son 72 saat ərzində BMT-nin 10 əməkdaşı Qəzza zolağında ölüb və bununla da oktyabrın 7-dən bu yana dünyasını dəyişənlərin ümumi sayı 63-ə çatıb.

Qeyd olunub ki, BMT-nin ən azı 22 işçi yaralanıb.

Gununsesi.info