İsrail və HƏMAS arasında münaqişənin qlobal iqtisadiyyata təsiri açıqlanıb

  • By ilhame
  • 30 Oktyabr 2023 21:55

İsrail və Fələstinin HƏMAS radikal qruplaşması arasında Yaxın Şərqdə hərbi münaqişə kəskinləşərsə, qlobal iqtisadiyyat maliyyə çətinliyi ilə üzləşə bilər.

Gununsesi.info xəbər verir ki, bunu “Allianz” şirkətinin baş iqtisadi müşaviri Mohamed əl-Erian deyib.

Onun sözlərinə görə, regionda eskalasiya başlayandan bəri bu cür risklər artıb, münaqişə nə qədər uzun davam etsə, qlobal iqtisadiyyata mənfi təsir bir o qədər çox olacaq.

Belə ki, ən pis ssenaridə qlobal ÜDM artımının azalması sürətlənəcək və inflyasiya yüksələcək.

O əlavə edib ki, Yaxın Şərqdə geosiyasi gərginlik yaranarsa, qlobal iqtisadiyyat bazarları daha geniş şəkildə parçalanması riski ilə üzləşəcək.

Gununsesi.info