BMT sülhməramlılarına hücum edilib - 19 ÖLÜ, 53 YARALI

  • By admin
  • 08 Dekabr 2017 21:38

Konqoda BMT missiyasına silahlıların hücumu nəticəsində 19 nəfər ölüb, 53 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, üsyançı “Birləşmiş Demokratik Qüvvələr” (ADF) qruplaşması axşam saatlarında BMT Sabitlik Missiyasının (MONUSCO) bazasına hücum edib.

Toqquşmalarda 14 BMT sülhməramlısı, 5 hərbçi ölüb. 53 sülhməramlı yaralanıb. Ölən və yaralananların vətəndaşlığı hələki dəqiqləşdirilməyib.

Gununsesi.info