BMT TŞ Nitsadakı terroru barbarlıq adlandırdı - ölənlərin sayı durmadan artır

  • By admin
  • 15 İyul 2016 10:40

nitsa-2

 

BMT Təhlükəsizlik Şurası (TŞ) Fransanın Nitsa şəhərində yük maşını ilə dinc insanlara hücumu “barbarlıq və terror aktı” adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin mətbuat üçün xüsusi açıqlamasında ölənlərin ailələrinə başsağlığı verilib, günahkarların cəzalandırılmasının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Nitsada Fransanın milli bayramı münasibətilə dəniz kənarında toplaşan insanlara yük maşını çırpılıb. Hadisə nəticəsində həlak olanların sayı 84 nəfərə çatıb, 100-dən çox şəxs yaralanıb. Onlardan 50 nəfərdən çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

nitsa

 

https://www.youtube.com/watch?v=JDzDlSEHrSo

 

 

 

Gununsesi.info