Bodrum yanır

  • By admin
  • 05 İyul 2018 19:02

Muğla əyalətinin Bodrum şəhərində Ortakənd-Yalıkavak yolunun üzərində kol və otlarla əhatəli ərazidə yanğın başlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, yanğının başvermə səbəbi bilinmir.

Küləyin təsiri ilə getdikcə böyüyən alov havadan və qurudan edilən müdaxilələr nəticəsində qismən nəzarətə alınıb. Yanğının yaşayış məntəqələrinə doğru irəlilədiyi bildirilir.

 Ətrafdakı vətəndaşlar da yanğının söndürülməsi üçün müdaxilə edir. Bəzi evlər boşaldılıb.

Son məlumatlara görə, turizm məkanında qorxu və panikaya səbəb olan yanğın 15 hektar ərazini külə döndərib.