Böhran “Baltika-Bakı”nı “vurdu” -İSTEHSAL DAYANIR

  • By admin
  • 29 İyun 2016 10:41

baltika1

Şirkət pivə bazarında yaranan ağır vəziyyətə görə hökuməti günahlandırır

“Baltika-Bakı” şirkətindən gununsesi.info-ya verilən məlumata görə, şirkət istehsalatı 15 avqust 2016-cı il tarixindən müvəqqəti dayandırılması haqqında qərar qəbul edib. Məlumatda deyilir ki, dünyada ən iri pivə istehsalçılarından olan Carlsberg Group-un bir hissəsi və Azərbaycanda pivə bazarının 75%-dən çox hissəsinə malik olaraq pivə istehsalı sənayesinin lideri olan “Baltika-Bakı” Azərbaycan Respublikasının qeyri-xammal sektorunun ən iri müəssisələrindən biri və yüzlərlə Azərbaycan vətəndaşının iş yeridir. Son zamanlar Azərbaycan pivə bazarında ağır vəziyyət yaranıb: 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübüərzində isə – daha 35% azalmışdır və bu tendensiya davam etməkdədir. Bu ilk növbədə ölkədə yaranmış makro-iqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır, hansı ki əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərmişdir. Bütün bunların fonunda şirkətin biznesinə eyni zamanda qanunvericiliyin nizamlaması da təsir göstərir: cari ilin ikinci rübündə suyun tarifikasiya sistemi dəyişilmişdir, hansı ki yalnız 2016-cı il ərzində istehsalat xərclərinin 500 000 AZN artmasına gətirib çıxaracaq. Eyni zamanda 1 sentyabr 2016-cı il tarixindən aksiz markası ilə markalanmalı olan malların nəğd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir, bu isə şirkət üçün öz məhsulunun realizasiyasını olduqca çətinləşdirir. Qanuna tabe olan və Dövlətin “vergi partnyoru” statusuna malik olan “Baltika-Bakı” Dövlətin hesablaşmalar və məhsul dövriyyəsinin şəffaflığını artırmaq üzrə səyini dəstəkləyir. Lakin hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığını məhdudlaşdırma ölkədə biznesin inkişafına olduqca neqativ təsir göstərəcək, və, xüsusilə də pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq. Bununla bağlı olaraq, şirkət tərəfdən 15 avqust 2016-cı ildən “Baltika-Bakı” zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu addım şirkətin istehsalat xərclərini minimizasiya etməyə və 2016-cı ilin nəticələrinə əsasən şirkətin Azərbaycanda biznesinin rentabelliyini saxlamağa imkan verəcək, o cümlədən də kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasını mümkün edəcək.

pive