Boksçularımız tarix yazdı

  • By admin
  • 25 İyun 2016 18:16

Boxing

Azərbaycanın boks yığması tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq. Gununsesi.info xəbər verir ki, Bakıda keçirilən boks üzrə Dünya Təsnifat Turniri çərçivəsində 75 kq-da çıxış edən təmsilçimiz Kamran Şahsuvarlı Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

HTML tutorial

Belə ki, turnirin finalında türkmənistanlı rəqibinin döyüşə çıxmaqdan imtina etməsi ilə boksçumuz yığmamıza növbəti olimpiya vəsiqəsi qazandırıb.

Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan yığması tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.