Bolt-da yeni təhlükəsizlik funksiyaları…

  • By admin
  • 06 Mart 2023 11:34

Bolt Azərbaycanda sərnişin sığortası funksiyası, eləcə də birgə səfər zamanı narahatlıq hiss edən sürücü və sərnişinləri bir-birindən ayırmaq funksiyası işə salınıb. 

 

Sərnişin və sürücü təhlükəsizliyi Avropanın aparıcı nəqliyyat platforması olan Bolt-un əsas dəyərlərindəndir. 

 

“Unmatching driver-rider (Uyğun olmayan sürücü-sərnişin)” funksiyası tərəflərdən ən azı birinin gedişi bəyənmədiyi halda istifadəçini və sürücünü bir-birindən ayırmağa imkan verən funksiyadır. Başqa sözlə, əgər sərnişin səfərin sonunda sürücüyə aşağı qiymət verərsə və ya əksinə olarsa, Bolt xidməti bir daha həmin sürücü və sərnişinə bir-biri ilə səfər etməyi təklif etməyəcək.

 

Aparıcı sığorta şirkətlərindən biri olan PAŞA Sığorta ilə əməkdaşlıq sayəsində Bolt nəqliyyat platformasından istifadə edən bütün sərnişinlər sığortalanır. Tərəfdaşlar birlikdə yol-nəqliyyat hadisəsi zamanı sərnişinlərin həyat və sağlamlıq sığortası üzrə xüsusi proqram hazırlayıblar: gediş zamanı mümkün risklər tam əhatə edilir və tibbi xərclərin ödənilməsinə zəmanət verilir. Bununla belə, qiymət dəyişməz olaraq qalır.

 

“Bizim üçün çox dəyərlidir ki, sərnişin sığortası proqramımız sadə və başa düşülən olmaqla yanaşı, həm də maksimum sayda qəza hallarını əhatə edir.. Sərnişinlərimizin təhlükəsizliyi hər şeydən üstündür. “PAŞA Sığorta”nın tərəfdaşları ilə birlikdə biz gözəl bir nəticə əldə etdik: sərnişinlər yolda özlərini sakit və təhlükəsiz hiss edə bilərlər” deyə, Bolt şirkətinin Azərbaycandakı səfər sifarişləri şöbəsinin rəisi Naim Əzizov xülasə edir.

 

O cümlədən bütün platforma sürücülərinin şəxsi reytinqi var ki, bu da sərnişinlərin özləri tərəfindən formalaşdırılır. Hər gedişdən sonra siz tətbiqdə sürücünün işini qiymətləndirə bilərsiniz (hətta mütləq qiymətləndirməlisiniz!). Belə ki, rəyinizi bildirə və səfəri nə dərəcədə bəyənməyinizdən asılı olaraq müəyyən sayda ulduz qoya bilərsiniz.

 

Bolt şirkətinin Azərbaycandakı səfər sifarişləri şöbəsinin rəisi Naim Əzizov deyir: “Əks əlaqə, yəni istifadəçilərin rəyi bizə xidməti daim təkmilləşdirməyə imkan verən vasitədir. Məsələn, müəyyən sürücünün reytinqi çox aşağıdırsa, biz onu bloklayırıq. İstifadəçilər isə əvvəlki sərnişinlər tərəfindən yüksək qiymətləndirilən sürücünü seçmək imkanı əldə edirlər”.

Afət Abbasova

Gununsesi.info