Böyük Britaniya parlamentinin deputatı qətlə yetirilib - VİDEO

  • By admin
  • 17 İyun 2016 07:33

JO KOKS

 

Böyük Britaniya Leyboristlər Partiyasından seçilmiş parlament deputatı, 41 yaşlı iki uşaq anası  Co Koks qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, Koks ötən gün Birstall şəhərində hücuma məruz qalıb. Naməlum şəxs qadına azı iki dəfə atəş açıb, sonra isə bıçaqla bir neçə zərbə endirib. Yaralı deputat helikopterlə xəstəxanaya çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyib.

İnsident zamanı həmçinin 77 yaşlı kişi yaralanıb, lakin onun həyatı üçün təhlükə yoxdur.

Hücum şəhər kitabxanasının yaxınlığında, Koksun seçicilərlə görüş keçirdiyi zaman, onlarla şahidin gözü qarşısında törədilib.

Qətli törətməkdə şübhəli bilinən 52 yaşlı kişi Tommi Meyr  saxlanılıb.

Qətlin motivləri hələlik bəlli deyil. Araşdırma aparılır.      (RİA Novoosti, APA)