BP-nin direktoru istefaya gedir

  • By admin
  • 04 Oktyabr 2019 12:39

Böyük Britaniyanın “British Petrolium” (BP) neft-qaz şirkətinin baş direktoru Robert (Bob) Dadli 2020-ci il 31 martda istefaya gedəcək.

Gununsesi.org-un şirkətin rəsmi saytına istinadən verdiyi xəbərə görə, onu bu postda BP-nin icraçı direktoru Bernard Luni əvəzləyəcək.

Luni 5 fevralda Direktorlar Şurasına rəhbər gətiriləcək.

Qeyd edək ki, 64 yaşlı Dadli şirkətə 40 ilini həsr edib ki, bunun da 9 ilində rəhbərlikdə olub.

Gununsesi.org