Braziliyada koronavirusdan ölənlərin sayında yeni rekord

  • By admin
  • 20 May 2020 10:07

Braziliyada son sutka ərzində koronavirusdan ölənlərin sayı rekord sayda artıb – 1 130 nəfər.

Gununsesi.org “worldometers.info”ya istinadən bildirir ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 17 983-ə yüksəlib.

Braziliyada ümumilikdə 271 885 koronavirus xəstəsi var. Onlardan 16 517-si son 24 saat ərzində aşkarlanıb.

Bundan əlavə, indiyədək ölkədə 106 794 pasiyent sağalıb. Tibb müəssisələrində 147 108 nəfərin müalicəsi davam etdirilir. Onlardan 8 318-nin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, ölkədə ölüm hallarının sayına görə daha əvvəlki rekord mayın 12-də qeydə alınmışdı. Həmin gün orada 881 nəfər vəfat etmişdi.

 

 

Gununsesi.org