Bred Pitt özünə məşhur vəkili tutdu

  • Müəllif: admin
  • 23 Sentyabr 2016 19:49

brad-angelina-1-a

 

52 yaşlı amerikalı aktyor Bred Pitt 41 yaşlı aktrisa Ancelina Colidən boşanmaq üçün məşhur vəkil Lens Spiqeli tutub.

Gununsesi.info-nun “People” jurnalına istinadən verdiyi məlumata görə, Spiqel ailə haqqları üzrə ekspertdir. O, bundan öncə aktrisa Yeva Lonqoriya, aktyor Çarli Şin, müğənni Maykl Ceksonun maraqlarını müdafiə edib.

Qeyd edək ki, Hollivud ulduzu Ancelina Coli Bred Pitt ona xəyanət etdiyinə görə boşanmaq üçün məhkəməyə müraciət edib. O, ərindən boşanmaq üçün vəkil Lora Vasseri tutub. Coli daha öncə onunla keçmiş əri Billi Bob Torntonodan boşanmaq üçün əməkdaşlıq edib.

 

Gununsesi.info