Bred Pittdən gözlənilməz hərəkət

  • By admin
  • 02 Sentyabr 2017 20:40

bred pit

Hollivud ulduzu Ancelina Colidən ayrılan aktyor Bred Pitt 12 il əvvəl tərk etdiyi həyat yoldaşı Cennifer Enistona zəng vurub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Pitt keçmiş arvadından ona etdiklərinə görə üzr istəyib. Eniston isə Bredin bu üzrxahlığına hıçqırıqlarla cavab verib. Xatırladaq ki, Bred Pittlə Cennifer Eniston 2000-2005-ci illərdə ailəli olub.

Aktyor “Mr and Mrs Smith” filminin çəkilişləri vaxtı Ancelina ilə tanış olmuş və Colidən ötrü arvadını tərk etmişdi.

Cennifer Eniston 2015-ci ildə Castin Teru ilə ailə qurub.

 

Gununsesi.info