Britaniya Rusiyanı “bir nömrəli düşmən” adlandırdı

  • By admin
  • 23 May 2021 14:01

Rusiya bir nömrəli təhlükə kəsb edən düşməndir.

Gununsesi.info yerli KİV-ə istinadən bildirir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

O, Rusiya gəmilərinin Birləşmiş Krallıq sahillərinə yaxın ərazilərdə aktivləşməsindən narahatlığını ifadə edib.

Nazir qeyd edib ki, Britaniya deeskalasiya və digər metodları təcrübədən keçirib:

“Ancaq hələlik Rusiyanın münasibətinin dəyişmədiyi indiki reallıqda proseslərin hansı istiqamətdə getdiyini anlamaq çətindir”.

Gununsesi.info