Britaniya və Rusiyanın hərbi rəsmiləri danışıqlar apardı 

  • By admin
  • 26 Sentyabr 2022 21:41

Böyük Britaniya Baş Qərargahının rəhbəri Toni Radakin Rusiyanın hərbi attaşesi Maksim Yeloviklə danışıqlar aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya tərəfi məlumat yayıb.

Bildirilir ki, danışıqlar hərbi kommunikasiya kanallarının gücləndirilməsi səyləri çərçivəsində baş tutub.

“Bu gün mən Rusiya hərbi attaşesi polkovnik Maksim Yeloviklə riskləri və eskalasiyanı idarə etmək üçün Rusiya Federasiyası ilə kommunikasiya kanallarını gücləndirmək üzrə davam edən səylər çərçivəsində görüşdüm”, – deyə Radakin tvitter səhifəsində yazıb.

Gununsesi.info