Britaniyada “Brexit”dən sonrakı həyat başlayır

  • By admin
  • 01 Yanvar 2021 21:33

Britaniya cümə günü yeni ilə və Avropadan kənarda həyata başlayıb. Ölkə son əlli ildə ilk dəfə olaraq ittifaqın vahid bazarını tərk edərək, öz ticarət qanunlarını tətbiqinə başladı.

İngilis kanalının hər iki tərəfində 2016-cı ildən bəri siyasi gündəmdə olan Brexit Yeni il ilə birlikdə reallığa çevrildi və Birləşmiş Krallığın 48 il boyunca Brexitin qanunlarına tabe olmasına son qoydu.

500 milyon insanın Britaniya ilə Aİ-nın 27 ölkəsi arasında azad hərəkatına son qoyuldu.

Son bir neçə onillikdə ilk dəfə olaraq daha ciddi gömrük yoxlamaları tətbiq olunur, baxmayaraq ki, onlar arasında tarif və kvotasız ticarət razılığı əldə olunub.

Yeni il günü qəzetlərdə bu tarixi amma gələcək nəsillər üçün nəticələri olacaq mübahisəli dəyişikliklə bağlı xəbərlər yer alıb.

Brexit tərəfdarı Daily Express qəzetinin ön səhifəsində ingilisliyin əbədi simvolu ola Doverin Ağ Qayalarının şəkli və üzərində “Azadlıq” yazılan Böyük Britaniya bayrağı əks olunub.

Məqalənin başlığı isə “Bizim Gələcəyimiz. Bizim Britaniyamız. Bizim Taleyimiz” olub.

Avropa İttifaqını dəstəkləyən Independent qəzetində isə ölkənin seçdiyi yolla bağlı genişmiqyaslı qeyri-müəyyənliyi əks etdirən başlıqlı məqalə dərc olunub.

2021-nin gəlişi il diqqət Britaniyanın sərhədlərinə, xüsusilə İngilis kanalındakı əsas limanlara və əngəlsiz ticarət və səyahətə son qoyulmasının gecikmələr və əngəllərə səbəb olub-olmayacağına yönəldi.

Gununsesi.info